Azərbaycanlı İstanbulda lüks avtomobillə ağır qəza törətdi - VİDEO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Azərbaycanlı İstanbulda lüks avtomobillə ağır qəza törətdi - VİDEO
Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində ağır yol qəzası törədib.

İstintaq.az  “Hürriyet”ə istinadən xəbər verir ki, Zincirlikuyudan Beşiktaş istiqamətində hərəkət edən azərbaycanlı Rəfail Əliyevin idarə etdiyi “99 MB 888” Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobil Oktay Arayın idarə etdiyi taksiyə çırpılıb.

Taksi zərbənin şiddətindən ilk olaraq yol kənarındakı baryerlərə, sonra isə dayanmış avtobusa çırpılıb.

Taksi sürücüsü bu zaman avtomobilin pəncərəsindən taksinin altına düşüb. Avtomobilin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb, xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            226 14.01.22 16:02