Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı? » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?
Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyevin itkin düşüb.

İstintaq.az xəbər verir ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.

Onun həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min AZN) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.

O, "Rustavi 2” telekanalına müsahibəsində deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.

F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            232 14.01.22 17:40