Satdığı maşını həyətdən oğurladı və… - İlginc olayla bağlı şikayət. » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Satdığı maşını həyətdən oğurladı və… - İlginc olayla bağlı şikayət.
Sumqayıt şəhər Təhsil İdarəsinin Maliyyə şöbəsinin müavini Musa Məmmədovun oğlunun avtomobil oğurlaması ilə bağlı saytımıza şikayət daxil olub.

İstintaq.az xəbər verir ki, şikayətçi Nailə Qaragözova Fərid Məmmədovun sentyabr ayında ona 20500 dollara "Toyota Prado” markalı avtomobilini satdığını bildirib. N.Qaragözova avtomobilinin bir neçə ay sonra həyətlərindən Fərid Məmmədov tərəfindən oğurlandığını da iddia edib:

 "Fərid Məmmədovla 2021-ci ildən tanışam. Ötən il o mənə bildirdi ki, təcili pul lazım olduğu üçün avtomobilini ucuz qiymətə satır. Mən də digər elanlarla müqayisədə gördüm ki, doğrudan da təklif etdiyi qiymət çox yaxşıdır və beləliklə avtomobili aldım, pul ödənildi və rəsmi sənədləşmə oldu. Sentyabrda Fərid mənə bildirdi ki, özü avtomobil alandək müvəqqəti olaraq anası Afaq Məmmədovaya etibarnamə verim və o maşını rahat sürə bilsin. Aramızda dostluq münasibəti olduğu üçün buna etiraz etmədim. Lakin dekabr ayında Fəridə zəng edib  avtomobili geri qaytarmağı deyəndə müxtəlif bəhanələrlə avtomobili qaytarmadı. Belə olan halda mən də 23 dekabr tarixində Afaq Məmmədovanın adına olan etibarnaməni ləğv etdim. Bundan iki gün sonra Fərid avtomobili gətirib binamızın həyətinə qoyub getdi və mənə bildirdi ki, maşının ikinci açarını səhəri gün gətirib verəcək. Lakin səhər avtomobil məhlədə yox idi, Fərid onu oğurlamışdı.
 
Vəziyyət belə olduqdan sonra Fəridin anasına yığdım, o isə cavabında "əcəb edib”, deyə bildirdi. Fəridin atası Musa Məmmədova vəziyyəti bildirəndə isə şikayət etməməyimi və mənə 20000 manat pul ödəməyə hazır olduğunu dedi. Bu isə avtomobili aldığım qiymətdən çox aşağı idi. Hətta sonradan bu hadisə ilə bağlı özünü polis polkovniki kimi təqdim edən Elbrus Rüstəmov iş yerimə gələrək məni hədələdi. Araşdırdım və bəlli oldu ki, o əslində keçmiş polis işçisidir. Bundan sonra mən polisə şikayət ərizəsi verdim”.

 Şikayətlə əlaqədar qarşı tərəflə də əlaqə saxlamağa cəhd etdik. Musa Məmmədov şikayətlə əlaqədar zəng etdiyimizi bildikdə, bir qədər sonra əlaqə yaratmağımızı istədi və növbəti zənglərimiz cavabsız qaldı.










Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            236 14.01.22 17:43