Məhkumlar tərəfindən törədiləcək 753 cinayətin qarşısı alınıb. » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Məhkumlar tərəfindən törədiləcək 753 cinayətin qarşısı alınıb.
Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs olunmuş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayət hadisəsinin qarşısı alınıb.

İstintaq.azxəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsində deyib.

O deyib ki, hesabat dövründə məhkum və həbs edilmiş şəxslər, görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşların üzərindən ümumilikdə 193 min 371 qram narkotik və psixotrop maddələr, 47 mobil telefon aşkarlanaraq götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli şəkildə təşkil olunub. Xidmətin Əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Abşeron, Cəlilabad və Yasamal rayonlarında 43 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Həmçinin 39 epizod üzrə cibgirlik etmiş şəxs və quldurluqla məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 2003-cü ildə paytaxtın Əmircan qəsəbəsində qətl hadisəsi törətmiş şəxs Penitensiar Xidmətin əməliyyat aparatının məlumatı əsasında müəyyən edilib və həmin cinayət hadisəsinin üstü açılıb. Cinayətkarlıqla mübarizədə ölkənin hüquq-mühafizə orqanları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 tapança və 2 tüfəng ərazi polis orqanlarına təhvil verilib.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            178 22.01.22 14:48