Keçmiş işçisi tanınmış şirkətin seyfini yarmaq istədi - FOTO » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Keçmiş işçisi tanınmış şirkətin seyfini yarmaq istədi - FOTO
Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən “Balacans Agro Food” MMC-nin ofisindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub. Bildirilib ki, qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs(lər) oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.

Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib. Seyfi yarmaq üçün özünə lazım olan alətləri götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub. Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, lakin o, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb.

R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.










Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            313 26.01.22 13:06