Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrəin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhər sakinləri Marat Mirzəyev, Samir Mirzəyev, Reyhan Mirzəyeva, Murad Qazıyev və Asif Abdullayev saxlanılıblar.

Saxlanılan zaman onların üzərindən hazır bükümlərdə psixotrop maddə olan “Metamfetamin” və narkotk vasitə olan “Heroin” aşkar olunaraq götürülüb.

Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq “Metamfetamin” və “Heroin” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            295 26.01.22 13:56