Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır. » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.
Astarada ərinin əmisi arvadını qətlə yetirməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır.

İstintaq.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işnin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Astara rayonunun Şəmətük kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü G. Ağayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ərinin əmisi arvadı, 1961-ci il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürüb.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            245 26.01.22 14:04