Oyuncaq tapança ilə kişinin başına oyun açdı.
Yanvarın 24-də Xətai rayonunda yaşayan F.Hüseynovun evinə gələn şəxs xuliqanlıq zəminində onu silahla hədələyərək döyüb.Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.
Araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!