Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma. » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.
Göyçayda fermada asılmış vəziyyətdə aşkar edilmiş 29 yaşlı Münəvvər Məmmədovanın valideynləri onun qəsdən öldürüldüyü iddia edir.

İstintaq.az-ın xəbərinə görə, mərhumun atası Şamil Novruzov APA-ya açıqlamasında bildirib ki, hadisə bu il yanvarın 6-da səhər saatlarında baş verib. Qızının qayınanası Nurbahar Məmmədova onlara zəng edərək, Münəvvərin böyrək çatışmazlığından vəfat etdiyini deyib: "Mən ailəmlə Bakıda yaşayıram. Yanvarın 6-da günorta qızımın qayınanası mənə zəng edərək Münəvvərin vəfat etdiyini dedi. Axşam saat 10-da onların yaşadığı İsmayıllı rayonu, Kürd Eldarbəyli kəndinə çatdım. Ora çatanda qızımı tələsik dəfn etməyə hazırlaşırdılar. Dedilər, qəbir də qazılıb, hər şey hazırdır. Mən müdaxilə edəndə kənd camaatı üstümə gəldi ki, mane olmayım. Sonra kəndin həkimi Ağasəlim gəldi, dedi ki, bu kəndin ekspertizasına o baxır, qızım yatıb oyanmayıb. Mən yenə israr etdim, soruşdum: "Sən buna əminsənmi?"

Yüz faiz əmin olduğunu söylədi. Yenə də qızımı dəfn etməyə imkan vermədim. Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə zəng edib məlumat verdim.

Qızımın qayınanası Nurbahar mənə yalvardı ki, zəng elə, polisi geri qaytar. Polislər gələndən sonra qızımın əri Sahil Məmmədovu saxladılar.

Sahildən sonra Göyçaydakı fermada qalan 5 yaşlı qızını da gətirib ifadəsini aldılar. Qızımın nəşini isə İsmayıllı rayonunun meyitxanasına apardılar".

Şamil Novruzovun sözlərinə görə, ekspertizadan sonra qızının özünü asaraq intihar etdiyi bildirilib: "Ekspertiza zamanı həkimlərdən biri isə qardaşıma deyib ki, bu qızı asıb öldürüblər. Meyiti gətirib Bakıda dəfn etdim. Mənə deyirlər ki, qızım intihar edib. Lakin bilirəm ki, qızım heç vaxt intihar etməz. Onun üç azyaşlı övladı var. Bundan başqa, asılan adamda ip dairəvi bağlanır, boğazda qalır, bunda isə ip boğazından alnına kimi gedib".

Şamil Novruzov qızına evlilik müddətində ailə üzvlərinin işgəncə verdiyini də iddia edir: "Münəvvər o fermada əzab çəkib. Qaynı Habil Məmmədov hadisədən bir neçə gün əvvəl qızımı boğub, sonra da döyüb, pəncərədən atmışdı. Qızıma bizimlə telefonla danışmağa da icazə vermirdilər. Hər dəfə fürsət düşəndə, deyirdim, qayıt gəl evə, deyirdi ki, üç uşağı var, necə gəlsin?"

Münəvvər Novruzovanın anası Zeynəb Novruzova da ərinin dediklərini təsdiq edərək qızının öldürüldüyünü iddia edir.

Münəvvər Məmmədovanın ölüm səbəbi ilə bağlı yanlış rəy verdiyi iddia olunan Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayev bildirib ki, ümumiyyətlə, mərhumu müayinə etməyib, yatıb, oyanmamasını isə ailə üzlərinin söylədiklərinə əsasən deyib: "Məndən kənd icra nümayəndəsi də, müstəntiq də soruşdu. Onlara da dedim ki, ölüm səbəbi ilə bağlı ilkin rəyi Münəvvər Məmmədovanın ailə üzlərinin dediklərinə istinadən vermişəm”.

Münəvvər Məmmədovanın həyat yoldaşı Sahil Məmmədov hadisə ilə bağlı həm özü, həm də anasının prokurorluqda ifadə verdiklərini bildirib. S.Məmmədov həyat yoldaşının başqa biri ilə münasibətlərinin olduğunu da iddia edib: "Minəni başqa adamla danışanda tutmuşam, mesajları da durur. Ölüm səbəbini gizlətməyimə gəlincə, bunun cavabını prokurorluqda vermişəm".

Araşdırma zamanı diqqət çəkən bir məqama - hadisə ilə bağlı Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayevin səhv rəy verməsinin təsdiqini tapmasına gəlincə, qanunvericiliyə əsasən, tibb məntəqəsinin həkimi hər hansı şəxsin ölüm səbəbi ilə bağlı rəy verə bilməz, bu, birbaşa Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir.

Tanınmış cərrah, professor Adil Qeybulla da açıqlamasında bildirib ki, qanunvericiliyin bu tələblərini pozaraq yanlış rəy vermiş həkim məsuliyyətə cəlb oluna bilər.

Faktla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Göyçay rayon prokurorluğunda tam və hərtərəfli araşdırma aparılır. Nəticəsindən asılı olaraq hüquqi qiymətin verilməsi təmin ediləcək.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            305 26.01.22 19:17