Azərbaycanda ŞOK HADİSƏ: Qızı öldürüb Ermənistana qaçdı - EKSKLÜZİV/TƏFƏRRÜAT - VİDEO » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Azərbaycanda ŞOK HADİSƏ: Qızı öldürüb Ermənistana qaçdı - EKSKLÜZİV/TƏFƏRRÜAT - VİDEO
2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Həsənova Qəşəng Ramazan qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

İstintaq.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Anar Qiyas oğlu tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçməklə və Ermənistan Respublikası ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ermənistan Respublikasının Geqarkunik vilayətinin Artanis kəndi istiqamətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya Sülhməramlıları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.

Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova boşandıqdan sonra yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən 1 gün əvvəl isə Anar Qəşənglə birlikdə ikincinin anasına məxsus Daryurddakı evdə olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxs yaşlı qadının evinə ayaqqabı ilə daxil olmamasını bildirib. Bundan bir gün sonra isə Novosaratovkadakı evdə Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq onu söyüb. Qəşəngin onu söyüb tpiklə vurmasından sonra Anar onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.

Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            376 17.03.22 17:38