Bakıda ŞOK ƏMƏLİYYAT - Yeraltı anbarlarda külli miqdarda narkotik tapıldı. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Bakıda ŞOK ƏMƏLİYYAT - Yeraltı anbarlarda külli miqdarda narkotik tapıldı.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib, xüsusi olaraq hazırlanan yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıb.

İstintaq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son 15 gün ərzində keçirdiyi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 38 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 2441 ədəd psixotrop tərkibli həb, 1 ədəd ov tüfəngi və 17 ədəd patron aşkar olunub.

Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Elgiz Ağayev və Araz Bünyatov saxlanılıb. Həmin şəxslərdən 35 kiloqram, o cümlədən 11 kiloqram heroin, 18 kiloqram marixuana, 5 kiloqram metamfetamin və 1990 ədəd satışı qadağan edilən psixotrop tərkibli həb aşkar olunub.

Abşeron, Qobustan və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Elman Əliyev, Xəyyam Bəydəmirov və Mənsur İmanov saxlanılıblar. Onlardan ümumi çəkisi 33 kiloqram olan heroin, metamfetamin və metadon həbləri aşkar olunub.

Qeyd edək ki, adları sadlanan 5 nəfər mütəşəkkil dəstə yaradıb xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə ediblər. Daha sonra onlar yaşadıqları evlərdə torpağın altında xüsusi anbarlar yaradaraq narkotikləri orada müxtəlif üsullarla komuflaj edərək gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

Paytaxtın Nizami, Nəsimi, Suraxanı, Yasamal, Qaradağ, eləcə də, Abşeron Sabirabad və Qəbələ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 16 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, eləcə də, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar və qeyd dəftərçələri aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Masallı Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi - Yevlax rayonunda saxlanılan Kamal Abdullayev və tanışı Şahin Abdullayevdən 14 kiloqram, digərlərindən isə 6 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.

Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            290 17.03.22 17:46