Polis Balakəndə 13 nəfəri saxladı - FOTO » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Polis Balakəndə 13 nəfəri saxladı - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov,Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. 

Şəxsi axtarış zamanı saxlanılanlar hər birindən müxtəlif çəkilərdə qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə daha 6 nəfər-Rasim Məmliyev,Çıraq Çıraqov, Şaban Qıstarov,Səbuhi Misirov,Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana aşkarlanıb.

Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin içərisində aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            205 06.05.22 17:49