Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı. » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Evdən 21 000 manat oğurlayan şəxs saxlanıldı.
İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat pulunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            296 10.05.22 15:53