Bakıda Qarabağ qazisini döyən şəxs 420 minə cənnətdən torpaq “alan” imiş. » Istintaq.Az
19:27 Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb.  |     19:26 İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO  |     14:15 Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu.  |     14:02 Qaydaları pozan sürücülər məsuliyyətə cəlb edildi.  |     13:56 Bakıda mənzildə meyit aşkarlandı.  |     13:51 52 yaşlı kişi qətlə yetirildi.  |     13:39 “Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı.  |     19:17 Qaxda ikimərtəbəli ev yandı.  |     19:16 SEPAH komandiri evində öldürüldü.  |     19:13 Uzun illərdir axtarışda olan şəxs tutuldu.  |     19:04 "Lotu Quli"nin adından əmisi oğlunu qorxudub 12 milyonunu aldı -TƏFƏRRÜAT  |     19:01 Həyətində narkotik plantasiyası salan şəxs tutuldu.  |     18:59 Şirvan polisindən əməliyyat: iki qardaş saxlanıldı - FOTO  |     18:57 ARB telekanalına gedən şəxs itkin düşdü - FOTO  |     18:55 Mənzildən 62 min dollar oğurlandı.  |     18:52 Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edildi - VİDEO  |     21:00 Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO  |     20:56 Xaçmazda TIR piyadanı vurub öldürdü.  |     20:53 Sərxoş sürücüdən "AVTOŞLUQ" - Qəsdən DYP avtomobilini vurdu.  |     20:51 Bakıda azyaşlı bacıları avtomobil vurdu.  |    

Bakıda Qarabağ qazisini döyən şəxs 420 minə cənnətdən torpaq “alan” imiş.
Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdik.

İstintaq.az Musavat.com-a istinadla xəbər verir ki, qazini döyən şəxslər barədə təfərrüatlar məlum olub.

C. Məhərrəmovun hadisə barədə polisə şikayət etməsindən sonra məlum olub ki, davaya gələnlər arasında Zaur Abdullayev və qardaşı Faiq Abdullayev də olub.

Onlar bir neçə ay öncə ayır-ayrı şəxslərə qarşı xuliqanlıq əməlləri törətmələri və təhdid etdikləri üçün Xətai rayon Baş Polis İdarəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimələniblər.

Faiq Abdullayevin adı mətbuata “Şaurma N1”in şəriki Aqil Babayevin işindən məlumdur. Faiq Abdullayev iddia edir ki, Aqil Babayev ona 420 min manat müqabilində cənnətdə torpaq vəd edib.

Ceyhun Məhərrəmovun dediyinə görə döyülməsinin səbəbi “Şaurma N1”in şəriki Aqil Babayevin cinayət işi üzrə şahid qismində verdiyi ifadədir. Belə ki, “Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək şəriklərinin Natiq Sadıqov və Aqil Babayev olmasını təsdiqləyib. Bundan sonra bu cinayət işində saxta zərərçəkmişlər birləşərək Ceyhun Məhərrəmovun ifadəsini geri götürməsini ilk öncə pul qarşılığında istəsələr də, razılaşmadığı üçün onu döyərək təhqir ediblər. Bu hadisə ilə bağlı DİN “102 qaynar” xəttinə məlumat verilib. Hal-hazırda 36-cı polis bölməsində tədqiqat aparılmasına baxmayaraq, xuliqanlıq hadisəsini törətmiş şəxslər şahidləri təhqir və təhdid etməkdə davam edirlər.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            284 13.05.22 19:42