Qəzada ölən hərbçinin ailəsi sürücünü bağışladı. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Qəzada ölən hərbçinin ailəsi sürücünü bağışladı.
Xəbər verdiyimiz kimi, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş polkovnik-leytenant Şöhrət Namazov srağagün faciəli şəkildə həyatını itirib.

Bir müddət əvvəl ehtiyata buraxılan zabit Gəncə şəhərində yolu keçmək istəyərkən, onu avtomobil vurub. Müharibə veteranı hadisə nəticəsində dünyasını dəyişib.

İstntaq.az xəbər verir ki, mərhumun qohumları Modern.az-a bildiriblər ki, hadisə Ş.Namazovun evinin yaxınlığında baş verib. Axşam saat 22:00 radələrində yolu keçməyə çalışan zabiti maşın vurub. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

“Şöhrətin bir oğlu, bir qızı var. Böyük uşağı 12, kiçiyi isə 10 yaşındadır. Yeni təqaüdə buraxılmışdı. Qardaşı mülki həkim idi, amma o da Şöhrət kimi döyüşə yollandı və qazi oldu”.

Qohumlarının dediyinə görə, ölümə səbəb olan sürücü saxlanılsa da, mərhum zabitin ailəsi həmin şəxsdən şikayətçi olmadığını bildirib:

“Ailəsi şikayətçi olmadı, amma onu maşınla vuran sürücü saxlanıldı. Şöhrət Namazov “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdu. Ailəsinə deyibmiş ki, daha 2 medal da alacaq, amma qismət olmadı”.

Qeyd edək ki, məlum hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi KİA markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 161 10.06.22 17:32