SOCAR-ın zavodunda yanğın olub? - AÇIQLAMA » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

SOCAR-ın zavodunda yanğın olub? - AÇIQLAMA
Bakıda zavodda yanğın olması barədə görüntülər yayılıb. Bildirilib ki, yanğın hadisəsi SOCAR-a məxsus zavodların birində baş verib.

İstintaq.az xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu, yanğln hadisəsi deyil, texniki prosesdir.

Qeyd edilib ki, şirkət bir müddət əvvəl də məsələ ilə bağlı ictimaiyyətə bu barədə xəbərdarlıq edib.

Belə ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.

“Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi həyata keçirilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə görünür.

Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            232 11.06.22 18:39