Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.İstintaq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Hazırda yanğın söndürlüb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!