Avtobus qəzasının təfərrüati. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Avtobus qəzasının təfərrüati.
Həmin tur konkret bir tur şirkəti vasitəsilə təşkil edilməyib. Heç də hər kəs tur şirkətləri ilə səyahət etmək istəmir. Bəzən müəyyən qruplar öncədən getmək istədikləri yeri müəyyən edir, sadəcə nəqliyyat və turun maraqlı keçməsi üçün bələdçi istəyirlər. Həmin qrup da məhz mənə müraciət edib onların səfərləri üçün nəqliyyat və bələdçi təşkil etməyimi istədi. Mən özüm uzun müddətdir turizm sektorunda fəaliyyət göstərdiyim üçün həm bələdçiləri, həm də sürücüləri tanıyıram. Tur öncəsi həm bələdçini, həm də sürücünü istər təhlükəsizlik qaydaları ilə, istərsə də tur iştirakçılarına davranışla bağlı təlimatlandırırıq.

İstintaq.az xəbər verir ki, bu sözləri Bakıdakı 279 saylı məktəbin şagird, müəllim və valideynlərindən ibarət qrupun Şamaxı ərazisində qəzaya düşməsi ilə bağlı Sfera.az-a danışan tur təşkilatçısı Murad Qəhrəmanov deyib.

O bildirib ki, yolda sürücü ilə tur iştirakçıları arasında mübahisə yaranıb:

“Qəzanın baş verdiyini eşitdiyim anda dərhal hadisə yerinə getdim. Məndə olan məlumata görə, iştirakçılar turdan gec qayıtmaq istəyiblər. Sürücü isə başqa bir işə tələsdiyini deyib. Yolda qrupla sürücü arasında mübahisə yaranıb. Sürücü qəzanın baş verdiyi yerdə dönməni düz hesablamadığı üçün qəza baş verib. Görüntülərdən də aydın görünür ki, sürücü yüksək sürətlə maşını idarə etdiyi üçün dönməni düzgün hesablaya bilməyib. Xoşbəxtlikdən avtobus yol kənarındakı səkiyə çırpılaraq uçuruma yuvarlanmaqdan xilas ola bilib”.

Müsahibimiz xəsarət alanların yaxınları tərəfindən aqressiya və şiddətə məruz qalması barədə də danışıb:

“Mən həmin insanları anlayıram. Hadisənin şoku və psixoloji təsirə görə aqressiv olmaları normaldır. Mən qəza sonrası həm hadisənin təfərrüatını öyrənmək, həm də xəsarət alan tur iştirakçıları ilə maraqlanmaq üçün orada idim. Xəsarət alanların yaxınlarından səbirli olmalarını, məsələni yoluna qoyacağımı desəm də, buna məhəl qoymayanlar oldu. Bəzi xəsarət alanların yaxınları mənə qarşı şiddət göstərdilər”.

Təşkilatçının sözlərinə görə, qəza ilə bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir:

“Təəssüf ki, hadisə ilə bağlı yanlış məlumatlar paylaşılıb. Hadisənin əsl üzünü bilmədən əsassız yalan məlumatlar paylaşmaq doğru deyil. Turda zərərçəkənlərin pulunun ödənilməməsinə dair yazılan məlumatlar doğru deyil”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            305 13.06.22 19:12