Şirvanda batan şəxsin meyiti Salyanda tapıldı.
Şirvanda kollektorda batan 56 yaşlı kişinin meyiti tapılıb.İstintaq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
İyunun 12-si Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun axtarışları başa çatıb.
T.Cavadovun meyiti kollektorun Salyan rayonu ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 30 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!