Ağaclıq ərazidən kişi meyiti tapıldı.
Zaqatala rayonunda kişi meyiti tapılıb.İstintaq.az-ın oxu.az-a istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Oqtay Hacıyevin meyiti rayonda ağaclıq ərazidə tapılıb.
Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
O.Hacıyevin tüfeyli həyat tərzi sürdüyü, spirtli içki aludəçisi olduğu bildirilir.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!