Ağstafada minik avtomobili yandı.
Ağstafada evin talvarı və "VAZ" avtomobili yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağstafa şəhərində ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə və altında dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!