Bakıda hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Bakıda hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub.
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevə hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, P. Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarəti alıb. Şəbnəm İsmayılova xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.

P.Ağayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd;) maddəsi ilə ittiham irəli sürülüb.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 18.06.22 15:46