4 il əvvəlki oğurluğun üstü açıldı. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

4 il əvvəlki oğurluğun üstü açıldı.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin mart ayında İmişli rayon sakini İ. Əmirova məxsus yardımçı təsərrüfatdan 21 baş xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişə 3500 manata yaxın maddi ziyan vuran iki nəfər saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Şamil Kazımov və tanışı, əvvəl məhkum olunmuş Elbrus Muradov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs dörd il əvvəl törətdikləri cinayət əməlini etiraf ediblər.

Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E. Muradov bu ilin may ayının 25-də rayon ərazisində yerləşən mağazaların birindən qanunsuz daxil olaraq, oradan 300 manat pul və 150 manat dəyərində danışıq kartları, eləcə də bir ədəd noutbuk oğurlamaqla mağaza sahibinə 850 manat maddi ziyan vurub.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 18.06.22 17:24