Axtarışda olan şəxs yaba ilə polisə xəsarət yetirdi.
Lerik rayonunda axtarışda olan şəxs oğlu ilə birgə polisə xəsarət yetirib.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
O bildirib ki, iyunun 17-si saat 12 radələrində rayonun Zərdəbərə kəndində Cinayət Məcəlləsinin 128-ci maddəsilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o, və yanında olan oğlu Ruslan müqavimət göstərib, yaba ilə polislərdən birinə xəsarət yetiriblər.
Buna baxmayaraq, V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçmağa müvəffəq olsa da, az sonra tutulması təmin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!