Rəfiqəsinin “Bentley” avtomobilini və külli miqdarda pulunu ələ keçirən idmançı daha kimləri aldadıb? » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Rəfiqəsinin “Bentley” avtomobilini və külli miqdarda pulunu ələ keçirən idmançı daha kimləri aldadıb?
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq edib.

Belə ki, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərək ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            271 21.06.22 18:53