Bakıda polisdən qaçanlar belə gizləndi. » Istintaq.Az
18:05 Bakıda polis zabitlərinin inanılmaz cinayətləri – Şok təfərrüat  |     18:04 Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO  |     18:03 Azərbaycanlı Rusiyada 15 yaşlı qızı qaçırdı.  |     18:01 Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal  |     17:30 SON DƏQİQƏ: Sabunçuda məktəb yanır.  |     18:27 Azərbaycanda bələdiyyə binası yandı.  |     18:26 Bakıda ağır qəza - 3 nəfər öldü...  |     18:25 Velosiped oğruları saxlanıldı - VİDEO  |     18:24 Daha bir tələbə dənizdə batdı - FOTO  |     18:22 Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – FOTO  |     18:21 Bakıda 64 yaşlı kişi özünü binadan atdı.  |     18:20 Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb.  |     17:47 Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO  |     17:45 Goranboyda yabanı halda bitən çətənə kolları yandırılıb – FOTO  |     17:43 Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb.  |     17:42 Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı.  |     17:41 Qarğıdalı arasında çətənə: Zaqatala sakini narkotik bitkilərə qulluq edərkən yaxalandı - FOTO  |     19:01 Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO  |     18:59 Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı.  |     18:58 Balakəndə dəhşətli qəza: 2 nəfər öldü.  |    

Bakıda polisdən qaçanlar belə gizləndi.
Bir neçə gün əvvəl Bakıda polis əməkdaşları küçədə gördükləri şübhəli şəxslərə yaxınlaşarkən insident baş verib.

İstintaq.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki Musabəyov küçəsində baş verib.

Belə ki, ərazidə xidmət aparan polis əməkdaşları küçədə şübhəli hesab etdikləri 3 nəfərə yaxınlaşmaq istəyiblər. Bu zaman həmin şəxslər qaçmağa başlayıb. Bir qədər qaçdıqdan sonra həmin küçədə yerləşən “Javelin” şirniyyat evinə daxil olaraq qapını arxadan bağlayıblar. Polis əməkdaşları dəfələrlə qapının açılmasını tələb etsə də, bundan imtina ediblər. Əraziyə əlavə polis əməkdaşlarının gəldiyini görən şübhəli şəxslər daha sonra qapını açaraq küçəyə çıxmağa razı olublar.

Onlar ərazi üzrə polis şöbəsinə aparılıb. İlkin məlumata görə, bu zaman həmin şəxslərdən biri olan 1987-ci il təvəllüdlü Oqtay Qədirovun (şərti adlı) narkotik vasitə qəbul etməsi məlum olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı) maddəsi ilə protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə O.Qədirova 300 manat pul cəriməsi cəzası verilib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            277 23.06.22 18:49