Bakıda ağır qəza - 3 nəfər öldü...
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.İstintaq.az xəbər verir ki, hadisə iyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!