Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO » Istintaq.Az
17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |     18:22 Sərhəddə narkotik dolu bağlamanı götürərkən yaxalandı - FOTO  |     18:18 Qızılağacda mühafizə rejimini pozan şəxs cəzalandırıldı.  |     18:16 62 yaşlı kişi mənzilində ölü tapıldı.  |     18:14 Əsgərlə görüşdən qayıdan ailə QƏZAYA DÜŞDÜ - ÖLƏN VAR  |     18:11 Bank kartlarından pul oğurlayanlar tutuldu - FOTO/VİDEO  |     18:09 12 yaşlı qız anasını və bacısını bıçaqladı.  |    

Tanınmış ginekoloq niyə intihar etdi? - VİDEO
Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

İstintaq.az xəbər verir ki, Bizim.Media hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışırdı.

Həkim yoldaşlarının verdiyi məlumata görə, Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər.

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:

“Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nə idi bilmirəm. Amma ətrafda hamı deyir ki, yoldaşı ilə aralarında mübahisə yarandığı üçün intihar edib”.

Qeyd edək ki, tanınmış həkimin ölüm səbəbi rəsmən açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            293 28.06.22 18:04