"Avtoş"luq edən əsgər qaçıb gizlənibmiş - Yenidən həbs edildi. » Istintaq.Az
18:21 Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu - FOTO  |     18:20 Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - FOTO/VİDEO  |     18:18 Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?  |     18:16 Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar.  |     18:15 Bakıda evdən üç min manatlıq qızıl oğurlandı.  |     18:13 “Whatsapp”da piramida dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs həbs edilib - FOTO/VİDEO  |     18:10 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var.  |     18:17 İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO  |     18:16 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi.  |     18:16 Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı.  |     18:15 Bakıda marketdə quldurluq edən şəxs saxlandı.  |     18:14 Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb.  |     18:13 4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?  |     18:11 Şirkətdən 20 min manatlıq oğurluq olub.  |     18:09 Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin detalları.  |     18:06 Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur.  |     19:03 Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü.  |     19:03 Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.  |     19:00 QMİ nümayəndəsinin oğluna hökm oxundu.  |     18:59 Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub.  |    

"Avtoş"luq edən əsgər qaçıb gizlənibmiş - Yenidən həbs edildi.
Xəbər verdiyimiz kimi, iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.

İstintaq.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqaninfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 28.06.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilib.

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 07.07.22 17:55