Güclü külək ağacı maşının üzərinə aşırdı - FOTO
Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.İstintaq.az xəbər verir ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.
Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.
Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
(Report)

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!