Bakıda 2 yaşlı körpəni oğurlayan qadın məhkəmə qarşısına çıxıb. » Istintaq.Az
17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |     18:22 Sərhəddə narkotik dolu bağlamanı götürərkən yaxalandı - FOTO  |     18:18 Qızılağacda mühafizə rejimini pozan şəxs cəzalandırıldı.  |     18:16 62 yaşlı kişi mənzilində ölü tapıldı.  |     18:14 Əsgərlə görüşdən qayıdan ailə QƏZAYA DÜŞDÜ - ÖLƏN VAR  |     18:11 Bank kartlarından pul oğurlayanlar tutuldu - FOTO/VİDEO  |     18:09 12 yaşlı qız anasını və bacısını bıçaqladı.  |    

Bakıda 2 yaşlı körpəni oğurlayan qadın məhkəmə qarşısına çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İstintaq.az Trend-ə istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Gültəkin Muradovanın vəkili işlə tanış olmaq üçün hakimdən vaxt istəyib.

Gültəkin Muradovanın özü isə ittihamda yazılanlarla razı olmadığını deyib.

Bildirilib ki, o, ittiham aktını alıb. Qadının özü də İttihamda yazılanlarla tanış olmaq üçün hakimdən vaxt istəyib.

Növbəti proses iyulun 21-nə təyin olunub.

İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.

2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            253 14.07.22 19:22