Azərbaycanda həkim ürək tutmasından dünyasını dəyişdi - FOTO
Gəncə şəhərində həkim ürək tutmasından həyatını itirib.Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, akademik Zülfüqar Məmmədov adına xəstəxananın həkim-travmatoloqu Şahin Quliyev gecə saatlarında anidən ürək tutmasından dünyasını dəyişib.
Həkim xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildirək ki, Şahin Quliyev Gəncədə ən tanınan travmatoloqlardan biri olub.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!