Qarabağ qazisi dövlətin verdiyi maşınla narkotik daşıdı. » Istintaq.Az
18:09 İcranın binasının önündə özünü yandırmağa cəhd edən şəxslə bağlı araşdırmalara başlanıldı.  |     18:08 Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb.  |     18:07 Şabranın Kirvar kəndində meşə massivində yanğın başlayıb.  |     18:05 Gəncədə içki istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTO  |     18:04 Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.  |     17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |     18:22 Sərhəddə narkotik dolu bağlamanı götürərkən yaxalandı - FOTO  |    

Qarabağ qazisi dövlətin verdiyi maşınla narkotik daşıdı.
Yevlax rayon sakini 77 kiloqramdan çox narkotiklə saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, 1964-cü il təvəllüdlü II qrup Birinci Qarabağ müharibəsi əlili Hüseynov Seymur İsmayıl oğlunun narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəllər dəfələrlə məlumat daxil olub.

Əməliyyat məlumatının yoxlanılması məqsədilə dünən DİN-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov idarə etdiyi ona dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı, 66 BL 698 dövlət nömrə nişanlı avtomobili ilə Yevlax şəhəri ərazisində saxlanılıb.

Maşına baxış zamanı ümumi çəkisi 77 kiloqram 500 qram olan güclü təsiredici xüsusiyyətə malik narkotik maddələr və 200 ədəd narkotik tərkibli həb aşkar edilib.

Sorğu zamanı S.Hüseynov ondan aşkar olunmuş narkotik maddələrin İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə Füzuli rayonu, Araz Dilağarda kəndi ərazisindən əvvəlcədən təyin olunmuş yerdə satış məqsədilə əldə etdiyini bildirib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            265 20.07.22 18:37