Azərbaycana gələn Maldiv vətəndaşında heroin TAPILDI - VİDEO » Istintaq.Az
18:10 İntim videosu yayılan Zaur Mirzəyev saxlanıldı - RƏSMİ  |     18:09 İcranın binasının önündə özünü yandırmağa cəhd edən şəxslə bağlı araşdırmalara başlanıldı.  |     18:08 Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb.  |     18:07 Şabranın Kirvar kəndində meşə massivində yanğın başlayıb.  |     18:05 Gəncədə içki istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTO  |     18:04 Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.  |     17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |    

Azərbaycana gələn Maldiv vətəndaşında heroin TAPILDI - VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv Respublikası vətəndaşı Mohamed Naasıra məxsus çamadanın alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.

Daha sonra xidmət iti vasitəsilə çamadana baxış keçirilib və it çamadana reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus çamadana əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı çamadanın alt hissəsinə yapışqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq-qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3 660 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əməliyyat görüntülərini təqdim edirik:





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 20.07.22 18:40