Göygöldə minik avtomobili yük maşınına çırpıldı.
Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub.İstintaq.az-ın məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb.
"VAZ-21011" markalı avtomobilin idarəetmədən çıxaraq yol maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq hadisə yerində ölüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
(Report)
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!