İranla sərhəddə DSX-nin MAXE-ləri saxlanıldılar: Mina əvəzinə narkotik yığırmışlar - VİDEO » Istintaq.Az
17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |     18:22 Sərhəddə narkotik dolu bağlamanı götürərkən yaxalandı - FOTO  |     18:18 Qızılağacda mühafizə rejimini pozan şəxs cəzalandırıldı.  |     18:16 62 yaşlı kişi mənzilində ölü tapıldı.  |     18:14 Əsgərlə görüşdən qayıdan ailə QƏZAYA DÜŞDÜ - ÖLƏN VAR  |     18:11 Bank kartlarından pul oğurlayanlar tutuldu - FOTO/VİDEO  |     18:09 12 yaşlı qız anasını və bacısını bıçaqladı.  |    

İranla sərhəddə DSX-nin MAXE-ləri saxlanıldılar: Mina əvəzinə narkotik yığırmışlar - VİDEO
Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DSX-dən verilən xəbərə görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş dörd bağlama aşkar olunub.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­ub. Saat 20 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon sakini, 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            221 22.07.22 18:16