Ana və azyaşlı uşağı itkin düşdü.
Bakıda 16 yaşlı qız itkin düşüb.İstintaq.az xəbər verir ki, iyulun 25-də 2006-cı il təvəllüdlü Sevinc Həsənova yaşadığı Nərimanov rayonu, İ. Abışov küçəsində yerləşən mənzildən çıxıb və geri qayıtmayıb.
Bundan başqa, paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yaşayan 1990-cı il təvəllüdlü Vüsalə Zeynalova qızı, 2015-ci il təvəllüdlü Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Onların tapılması üçün müvafiq polis idarələrində araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!