Şəmkirdə 5 otaqlı ev yandı.
Şəmkir rayonunda yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Çinarlı qəsəbəsində ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!