Ərini öldürən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - TƏFƏRRÜAT » Istintaq.Az
18:04 Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.  |     17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |     18:22 Sərhəddə narkotik dolu bağlamanı götürərkən yaxalandı - FOTO  |     18:18 Qızılağacda mühafizə rejimini pozan şəxs cəzalandırıldı.  |     18:16 62 yaşlı kişi mənzilində ölü tapıldı.  |     18:14 Əsgərlə görüşdən qayıdan ailə QƏZAYA DÜŞDÜ - ÖLƏN VAR  |     18:11 Bank kartlarından pul oğurlayanlar tutuldu - FOTO/VİDEO  |    

Ərini öldürən qadın: "Oturub xırıltısının kəsilməsini gözlədim" - TƏFƏRRÜAT
Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Günay Şıxəliyevanınn cinayət işi üzrə təfərrüatlar məlum olub.

İstintaq.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilən Günay Şıxəliyeva ifadəsində bildirib ki, 1980-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Mahir Şıxəliyevlə ailə həyatı qurub və iki övladları dünyaya gəlib. Əri Yeni Suraxanı qəsəbəsində müxtəlif sexlərdə mebel ustası kimi işləsə də, ailəsini normal dolandırmayıb. Toylarından təxminən 2-3 il sonra Mahir demək olar ki, hər gün spritli içki qəbul edib və tüfeyli həyat tərzi keçirməyə başlayıb. Mütəmadi evə sərxoş vəziyyətdə gəlib onu və uşaqlarını incidib. Onun bu hərəkətlərindən bezən Günay boşanmaq istəsə də atası buna imkan verməyib.

"Uşaqları nisyə araq almağa göndərirdi. Mağazadan nisyə araq verilməyəndə uşaqlara deyirdi ki, nənələrindən, babalarından pul alıb ona araq alsınlar. Artıq onunla yaşamaqdan bezmişdim. Boşanmaq istəyəndə atam dedi ki, uşaqlarına görə döz. Amma dözmək mümkün deyildi. Hadisə günü özümü öldürmək qərarına gəldim. Amma uşaqlar gözümün qabağına gəldi. Fikirləşdim ki, özümü öldürsəm, uşaqlar yenə Mahirlə qalacaq".

Martın 6-da gecə Mahir evə yenə içkili vəziyyətdə gəlib mübahisə etməyə başlayıb. Mahir onu yumruqla vurmaq istəyəndə oğlu Fərid araya girərək ona mane olub. Bundan sonra Mahir oğlunu yumruqla vurub yerə yıxıb. Mətbəx bıçağını götürüb oğlunun boğazına sıxıb önu öldürəcəyini deyib. Sonra oğlunu buraxaraq uşlaqlar yatdığı otağa keçib. Oturub siqaret çəkdikdən sonra yerə tüpürərək ondan döşəməni təmizləməsini tələb edib.

Günay ifadəsinin davamında bildirib ki, aaat 23:00 rədlərində əri olan otağa baxanda onun uzanmış vəziyyətdə əlində telefon meyxanaya qulaq asdığını görüb. Onun yatmadığını görüb təklikdə ona nəsə edəcəyindən qorxaraq həyətdəki hamam otağından dəmir lingi götürüb evə qayıdıb. O evə girəndə Mahir onu görməyib. Otağa daxil olan kimi dərhal uzamnış vəziyyətdə olan Mahirin baş nahiyyəsinə iki dəfə zərbə endirib. Ardınca hərəkətsiz vəziyyətdə olan yoldaşının baş və bədən nahiyyələrinə ardıcıl zərbələr vurub. Əlləri və otağın divarları qana boyanıb. Mahirin xırıldadığını eşidib zərbələri dayandırıb. Mətbəxdə əllərini yuyub əynindəki paltarı dəyişib. Otağa qayıdaraq işığı yandırmadan oturub ərinin xırıltısının kəsilməsini gözləyib. Bir neçə saatdan sonra əllərinin soyuduğunu görəndə artıq Mahirin öldüyün başa düşüb.

Səhər saat 5 radələrində mərhumun telefonunu götürüb 102 xidmətinə zəng edib. Polis əməkdaşları gələndən sonra uşaqlarını atası evinə yola salıb. Məhkəmədə Günay Şıxəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib. Sonda məhkəmənin hökmü ilə Günay Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum olunub.//olke.az







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            269 01.08.22 19:04