Bağlı qapı arxasında qalan uşaq xilas edildi.
Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!