Tovuzda maskalı şəxs evə girdi, ev sahibini hədələyib qızılları və pulu apardı - FOTO
Tovuz rayonunda maskalı şəxs evə girib ev sahibi hədələyərək evdən qızıl və pul aparıb.Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə,hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
İlkin məlumata görə ev sahibi Anar Süleymanov evdən getdiyini gördükdən sonra evə yaxınlaşıb və özünü su idarəsinin işçisi kimi təqdim edib. Evə daxil olduqdan sonra qapını açan Sevinc Süleymanova ya fiziki güc tətbiq edib və kəsici alətlə xəsarət yetirib.
Daha sonra evdə olan azyaşlı oğlan uşağını boğmaqla hədələyib. Bu zaman evdə olanlar pulun və qızılın yerini deyib. Nəticədə naməlum şəxs evdən qızıl və müəyyən miqdarda pul götürüb. Gedərkən isə məktub yazaraq ev sahiblərini ölümlə hədələyib evi isə yandırmağa cəhd edib.
Artıq əraziyə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!