Ötən gün qəzada ölən qadının kimliyi məlum oldu. » Istintaq.Az
18:10 İntim videosu yayılan Zaur Mirzəyev saxlanıldı - RƏSMİ  |     18:09 İcranın binasının önündə özünü yandırmağa cəhd edən şəxslə bağlı araşdırmalara başlanıldı.  |     18:08 Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb.  |     18:07 Şabranın Kirvar kəndində meşə massivində yanğın başlayıb.  |     18:05 Gəncədə içki istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTO  |     18:04 Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.  |     17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |    

Ötən gün qəzada ölən qadının kimliyi məlum oldu.
Avqustun 1-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.

İstintaq.az xəbər verir ki, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub. O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının sədri işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.

Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.

Qeyd edək ki, Vitali Qladçenko "Hunday Santafe" markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəticədə maşın yolun sağına çıxaraq aşıb və avtomobildə olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova xəsarət alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. N.Sultanova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.

(Report)







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            236 02.08.22 18:45