Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi.
Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.İstintaq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Corat" və “Bilgəh” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və "Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!