5 il həbs cəzası alan cinsi azlıq nümayəndəsi niyə azadlığa buraxılıb? - Vəkilindən açıqlama » Istintaq.Az
18:10 İntim videosu yayılan Zaur Mirzəyev saxlanıldı - RƏSMİ  |     18:09 İcranın binasının önündə özünü yandırmağa cəhd edən şəxslə bağlı araşdırmalara başlanıldı.  |     18:08 Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb.  |     18:07 Şabranın Kirvar kəndində meşə massivində yanğın başlayıb.  |     18:05 Gəncədə içki istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTO  |     18:04 Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.  |     17:37 Bakıda gənc qız kafenin ikinci mərtəbəsindən özünü yerə atıb - FOTO  |     17:34 Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı.  |     17:33 Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı.  |     17:30 Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlandı - FOTO  |     17:28 Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.  |     13:48 Novxanıda yol qəzası baş verdi.  |     13:34 Bakıda ərəb idman edərkən öldü.  |     13:33 Dənizdə batan şəxsin meyiti tapıldı.  |     13:31 4 rayonda yanğınların söndürülməsi davam etdirilir - FHN - VİDEO  |     13:28 Yol qəzalarında 3 nəfər öldü.  |     13:27 Paytaxt sakininə xəsarət yetirib pulunu aldılar.  |     13:21 Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO  |     18:25 Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO  |     18:23 Bakıda əl qumbarası tapıldı - VİDEO  |    

5 il həbs cəzası alan cinsi azlıq nümayəndəsi niyə azadlığa buraxılıb? - Vəkilindən açıqlama
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotiklərin satışında təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş cinsi azlığın nümayəndəsi Kənan Tağıyev bir neçə gün əvvəl azadlığa buraxılıb.

Birinci instansiya məhkəməsinin hökmündən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılıb.

Təqsirləndirilən Kənan Tağıyevin vəkili Zibeydə Sadıqova açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin azadlığa buraxılmasının səbəblərini açıqlayıb:

“Məhkəmə cinayət işinin birinci instansiyasında düzgün tədqiq edilmədiyi, kobud qanun pozuntularına yol verildiyi qənaətinə gələrək ittihamedici hökmü tamamilə ləğv edib və Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb”.

O qeyd edib ki, Kənan Tağıyev gözəllik salonunda ictimai asayişi kobud şəkildə pozsa da, sonradan ona narkotik vasitələrin satışı ittihamı verilib:

“Belə ki, Kənan Tağıyev xuliqanlıqda deyil, külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilərək saxlanılıb. Polis idarəsində iki saatdan çox saxlanıldıqdan sonra üzərinə baxış keçirilib. Saxlanılarkən onun hüquqları pozulub. Hüquqlarını müdafiə etməli olan dövlət hesabına təyin olunmuş vəkil qaydaları pozaraq onu müdafiə etməkdən imtina edib və digər ciddi pozuntulara yol verilib. Məhkəmə bu kimi pozuntuları aşkarlayaraq onun hansı cinsə mənsub olub-olmamasından asılı olmayaraq bəraət hökmü çıxarıb. Həmçinin məhkəmə tədqiqatçı barəsində xüsusi qərar çıxararaq, onun və vəkil barəsində tədbir görülməsi üçün materialları Baş Prokurorluğa və Vəkillər Kollegiyasına göndərib”.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            275 03.08.22 18:55