Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Sükan arxasında narkotika qəbul etdiyi üçün... - FOTO
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Chery” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla!” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Neftçala rayonu Qaraqaşlı kənd sakini Elnur Ələkbərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            226 17.08.22 13:21