Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir. » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Ölkənin şimal rayonlarında yanğınların söndürülməsi davam etdirilir.
Bir neçə gündür ölkənin şimal və şimal-qərb rayonlarında müxtəlif miqyaslı yanğınlar qeydə alınıb.

İstintaq.az APA-ya istinadla xəbər verir ki, Quba, Şabran, Qusar, Qəbələ, Zaqatala və digər ərazilərdə baş vermiş yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları iştirak edir.Yanğınlar, əsasən, çətin keçilən relyefdə, yüksək dağlıq ərazidə qeydə alınıb.

Havanın isti və küləkli olması yanğın ocaqlarının az müddətdə geniş ərazilərə yayılmasına, lokallaşdırılmış yerlərdə isə alovun yenidən baş qaldırmasına səbəb olur.

FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Şəxsi heyətlə yanaşı, FHN-in yanğınsöndürmə texnikaları, “BE 200 ÇS” amfibiya təyyarəsi və helikopterləri də yanğınların qarısının alınmasına cəlb olunub.

Səfərbər olunmuş yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            241 18.08.22 18:04