Bakıda inanılmaz olay: Ərini bıçaqlayan qadının şok ifadəsi – - "Onu o qədər sevirdim ki..." » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Bakıda inanılmaz olay: Ərini bıçaqlayan qadının şok ifadəsi – - "Onu o qədər sevirdim ki..."
Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü Gülnar 1990-cı il təvəlüdlü əri Elşəni qətlə yetirib.

İstintaq.az xəbər verir ki, hadisə bu il yanvarın 30-da Hövsan qəsəbəsində baş verib.

İstintaq orqanı tərəfindən Gülnarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İşə hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Gülnar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Azərbaycan Texniki Universitetini bitirib: “Mərhum ərim Elşənlə də həmin universitetdə təhsil alarkən tanış olmuşuq. Bir-birimizi sevib 2014-cü ildə ailə qurmuşuq. Uzun müddət kirayə evlərdə və atamın himayəsində yaşayıb, böyük maddi çətinliklər çəkmişik.

Daha sonra qızıllarımı və mebellərimi satdım. Həmçinin Elşənin valideynlərinin etdiyi maddi köməkliklə Hövsan qəsəbəsində özümüzə ev aldıq. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət idi. Ev alanda hər ikimiz çox sevindik, maddi vəziyyətimizin də tezliklə düzələcəyinə ümid edirdik. Amma vəziyyətləri ağır olaraq qaldı. Daim maddi sıxıntı içərisində olduq”.

“Əsəbi olanda uşaqları da döyürdü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borclar alıb, dostu Azadın qardaşından isə kreditə kombi götürüb:

“Amma borcları qaytara bilmədi. Borclular artıq qapıya gəldiyi üçün əsəbiləşdim. Aramızda maddi sıxıntılara görə dəfələrlə mübahisələr olurdu. Daha sonra Elşən Hövsan qəsəbəsində “Oba” marketə satıcı kimi işə düzəldi. İşə təzə düzəldiyindən hələ maaşını almamışdı. Maddi baxımdan sıxıntı yaşadığımız üçün evdə arabir deyinirdim. Hər dəfə vəziyyətin nə vaxta kimi belə olacağını deyirdim. Elşən də hər dəfə əsəbiləşərək məni uşaqların gözü qarşısında döyürdü. Əlləri ilə boynumdan tutaraq boğurdu. Uşaqlar da atalarının hərəkətlərindən qorxurdu. Bəzi hallarda isə əsəbi vəziyyətdə Elşən uşaqları da döyürdü”.

Gülnarın sözlərinə görə, atası Akif onların ailə işlərinə müdaxilə etdiyindən o özü və Elşən atası ilə küsülü olub, atasından ailə işinə qarışmamasını tələb edib: “Yanvarın 29-da Elşən marketdə gecə saat 12 növbəsinə qaldı, axşam evə yorğun gəldi. Mən də həmin vaxt uşağa dərs elətdirdim.

Elşən mənə və uşaqlara sakit olmağı tapşırdı. Mən də dedim ki, nə edim, uşağa dərs öyrədirəm. Buna görə Elşənlə dalaşdım. Elşən məni döydü, uşağın beşiyini də təpiklə vuraraq qırdı”.

“Ləyəndən bıçağı götürdüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 30-da səhər saat 8 radələrində Elşən işə gedib: “Saat 13 radələrində evə gəldi, dişi ağrıdığı üçün çarpayıya uzanaraq yatmaq istədi. Amma onu yatmağa qoymadım, uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb etdim. O da yorğun olduğu üçün yatacağını dedi. Aramızda mübahisə yarandı. Elşən uşaqların gözü qarşısında otaqda məni döydü, təpiklə ayağıma vurdu və sağ əli ilə boğazımdan tutaraq boğmağa başladı.

Get-gedə nəfəsim kəsildi, gözlərim qaraldı. Güclə də olsa Elşənin əlindən çıxdım, mətbəx mebeli hazır olmadığı üçün çarpayının altında ləyənə yığdığım qab-qaşığın içindən gündəlik işlətdiyim bıçağı götürdüm. Bıçağı sol əlimdə tutaraq, Elşənə tərəf yellədim. Solaxay olduğum üçün bıçaq da sol əlimdə idi.

Anidən bıçağın Elşənin sinəsinə batdığını, qan axdığını gördüm. Elşən çöməlib yerə oturdu. Mən tez onun yarasına pambıq qoydun. Xatirimdə qaldığına görə Elşəni bıçaqla vurarkən uşaqlar mətbəxdə idilər”.

“Zəng etməyə qoymadı”

Gülnar qeyd edib ki, daha sonra qaça-qaça qonşusu Leylinin evinə gedib: “Ondan perekis aldım və Leyli ilə birlikdə bizə gəldik. Leyli Elşənin yarasını perekislə sildi, ona sakitləşdirici iynə vurdu. Leyligilə gedəndə yalandan Elşənin özü-özünü bıçaqla vurduğunu demişdim. Çünki Elşən özü dedi ki, kim soruşsa, deyərsən özüm-özümü vurmuşam, bilsələr sən vurmusan, polislər səni tutacaq.

Leyli də ondan nə olduğunu soruşdu. Elşən özü-özünü vurduğunu dedi. Bundan sonra Leyli mənə resept verərək dərmanlar almağı tapşırdı, evimizə yaxın olan “Çinar” adlı aptekə gedərək oradan fastumgel, revanol, ağrıkəsici iynə və bir neçə dərman aldım.

Evə qayıtdıqda atam Akif, əmim Mətləb, həmçinin Elşənin dostu Azadın bizdə olduğunu gördüm. Leyli dedi ki, sən Elşənə qulaq asma, təcili tibbi yardıma zəng elə. Amma Elşən həkimə zəng etməyə qoymadı”.

“Polislərə düzünü deyəcəyik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Leyli öz evlərinə gedib: “Leyli dedi ki, mən aptekə gedəndə Elşən bıçağın dəstəyini əlində sıxıb, deyib ki, bıçaqda mənim əl izim qalsın və elə bilsinlər ki, doğrudan da özüm-özümü vurmuşam.

Atam və əmim bizdə olarkən Elşən dedi ki, əgər polislər bilsə, deyəcəm ki, evimi siçovullar basıb və guya siçan dərmanı qoyanda yıxılıb bıçaq təsadüfən batıb. Atam isə dedi ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü deyəcəyik. Əmim 5-10 dəqiqə oturaraq getdi.

Atam təcili tibbi yardım çağırmaq istəsə də, Elşən qoymadı. Dəfələrlə ondan telefonu istədim ki, 103 xidmətinə zəng edim. Amma telefonu vermədi. Hətta bir dəfə Elşən özü 103 xidmətinə zəng edərək həkimin gəlməyindən imtina etdi. Daha sonra Elşəni ayaqyoluna apardım, onu yuyundurdum, çarpayıya qayıdanda Elşənin taqəti qalmadığı üçün yerə yıxıldı.

Artıq Elşənin vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardıma zəng etdim. Həkimlər gələrək Elşəni xəstəxanaya apardılar”.

“Bu mənə ömürlük cəza olacaq”

Gülnar deyib ki, onun Elşəni öldürmək məqsədi olmayıb. Onun ifadəsinə görə, əvvəllər də Elşən onu döyəndə bıçaqla bir neçə dəfə onu qorxudub: “Bu dəfə də sadəcə bıçaqla qorxutmaq istədim. Amma təsadüfən özüm də bilmədən bıçağı Elşənə batırdım. Əməlimdən çox peşmanam. Bütün həyatmı alt-üst oldu. Bütün dava-dalaşlara baxmayaraq sonadək Elşəni sevmişəm. Hələ də nə qədər böyük faciəyə bais olduğumu dərk edə bilmirəm.

İki körpə övladım hazırda qaynanamın himayəsindədir. Özünü bağışlaya bilmirəm. Ölənədək bağışlamayacağam. Əzabla yaşayacam və bu əzab mənə ömürlük cəza olacaq”.

“Mənəvi dəstək olmuşuq”

Cinayət işi üzrə zərərçəkmiş Elşənin hüquqi varisi qismində anası tanınıb. O bildirib ki, oğlu xasiyyətcə sakit, ürəyi yumşaq biri olub:

“Elşən orta məktəbi bitirən il Azərbaycan Texniki Universitetinə daxil oldu. Universitetdə öz qrup yoldaşı Gülnarla bir-birilərini sevdiklərindən 2011-ci ildə nişanlandılar. Elşən universiteti bitirəndən sonra hərbi xidmətə getdi. Qayıdandan sonra, yəni 2014-cü ilin iyun ayında toylarını etdik.

Elşən hərbi xidmətdə olduğu müddətdə demək olar ki, Gülnara baxmışıq, ona həm maddi, həm mənəvi dəstək olmuşuq”.

“Dalaşıb, barışıblar”

Hüquqi varisini sözlərinə görə, evliliklərinin ilk ünlərində Elşənlə Gülnarın münasibətləri yaxşı olub: “Pandemiyadan sonra hər kəsdə olduğu kimi onların da ailəsində maddi çətinlik yarandı. Onların bütün ərzaqlarını rayondan göndərmişik.

Elşəngil bir neçə il Hövsan qəsəbəsində kirayədə yaşadılar. Sonra isə köməkləşərək onlara ev aldıq. Kreditə pul götürdük, Gülnar özü qızıllarını satdı, atası Akif də köməklik etdi, 22 min manata yaşadıqları evi aldıq. Maddi çətinliyə görə həmişə Gülnar deyinib, bir-biriləri ilə dalaşıb, sonradan yenə barışıblar”.

“Oğlum ciddi bir şey olmadığını dedi”

Elşənin anası qeyd edib ki, yanvarın 29-da Elşənlə Gülnarın arasındakı mübahisədən xəbəri olmayıb: “Amma həmin gün Elşənin dişi ağrıdığını bilmişəm. Yanvarın 30-da saat 14 radələrində Elşənin halını soruşmaq üçün ona zəng etdim.

Telefona Gülnar cavab verdiyinə görə ondan vəziyyəti soruşdum. Gülnar da Elşənin yaxşı olduğunu dedi. “Elşən əlini kəsib, gələ bilərsən bura?” deyərək telefonu Elşənə verdi. Elşəndən nə olduğunu soruşdum, ciddi bir şey baş vermədiyini, keçib gedəcəyini dedi.

Mən də dedim ki, bala, dolana bilmirsiz, bir maşın tutun, çıxın gəl Sabirabada. Sonra Gülnar dedi ki, Elşən özü öz əlini kəsib. Mən dözə bilmədim, vatsapda görüntülü Gülnarı yığdım. Gülnar da Elşənin öz qarnına da bıçaq vurduğunu dedi. Mən də “necə yəni qarnına bıçaq vurub, niyə həkim çağırmırsız” deyə soruşdum.

Gülnar da bildirdi ki, Elşən deyir həkim gəlsə polis gələcək, bizi incidəcək, siz gəlin Elşəni aparın Sabirabada, orada həkim tapın, tanışlıqla yarası tikilsin”.

“Qorxusundan boynuna almadı”

Hüquqi varisin sözlərinə görə, bundan sonra Gülnara atası Akifə zəng vurmağı məsləhət görüb: “Gülnar isə dedi ki, lazım deyil, atama demirəm. Akifə zəng edib deyəcəyimi söylədim.

Həmin vaxt Elşənin halı olmadığını, çarpayıya uzandığını və bir qadının ona tibbi yardım göstərdiyini gördüm. Sonra Elşənin dostu Azada zəng etdim, təcili tibbi yardım çağırmasını istədim. Azad “həkim çağırmaq istəyirik, qoymurlar” dedi. Bundan sonra yenə Gülnara zəng edərək təcili tibbi yardım çağırıb-çagırmamasını soruşdum. Gülnara “əgər həkim çağırmırsansa, mən 102-yə zəng edim” dedim.

Sonra Elşən atası Nazimlə danışdı. Atası ondan vəziyyətinin necə olduğunu soruşduqda, Elşən “ata, narahat olma, qan dayanıb” dedi. Nazim dedi ki, bala, qan dayanıbsa, lap pis, demək qan içəri axır, tez təcili tibbi yardıma zəng edin.

Nazim saat 15.30-da Akifə zəng etdi, təcili Gülnargilə getməsini, Elşənin bıçaqlandığını dedi. Təxminən saat 15.56-da Nazim ikinci dəfə Akifə zəng etdi. Akif dedi ki, gəlinin oğlunu bıçaqlayıb. Bundan bir neçə dəqiqə sonra yenə Gülnarın telefonuna zəng etdim. Elşən telefonu götürdü, ondan Gülnarın harada olduğunu soruşdum. Elşən Gülnarın aptekə getdiyini dedi. Bir neçə dəqiqə sonra yenə zəng edəndə Gülnar özü götürdü.

Ona dedim ki, bəs deyirsən, özü-özünü bıçaqlayıb, axı Elşəni sən bıçaqlamısan. Gülnar da onu kimin dediyini soruşduqda, atasının dediyini söylədim. Gülnar qorxusundan boynuna almadı, yenə Elşənin guya özü-özünü vurduğunu dedi”.

“Gəlinimi bağışlamıram”


Mərhumun anasının ifadəsinə görə, təxminən saat 17.30-da Akif Nazimə zəng edib və Elşənin halının ağırlaşdığını, tər basdığını, təcili tibbi yardım çağırdıqlarını və 3 saylı Sabunçu rayon xəstəxanasına getdiklərini deyib: “Bundan sonra Sabirabad rayonundan çıxaraq həmin xəstəxanaya gəldik. Orada oğlum Elşənin öldüyünü bildik. Gülnarı bağışlamıram. Hər nə qədər cəza alsa da, Gülnarın nə vaxtsa gələrək uşaqlarına qovuşacağını başa düşürəm. Amma mənim oğlum bir daha dönməyəcək. Hazırda himayəmdə olan nəvələrimə qulluq etməkdən başqa bir çarəm yoxdur”.

Gülnar 9 il müddətinə azadlıqdan məhrum edilib.

(Teleqraf.com)







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            236 31.08.22 19:00