Azərbaycanda yeddi qurumun vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edildilər. » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Azərbaycanda yeddi qurumun vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edildilər.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin 2019-cu il yanvarın 1-dən 2022-ci il mayın 1-dək olan dövr üzrə fəaliyyətində maliyyə nöqsanlarına yol verildiyi, ezamiyyə xərcinin artıq yazılaraq ödənildiyi, eləcə də nəqliyyat vasitələri üçün normadan artıq yanacağın silindiyi, idarənin balansında olan obyektlərdə əsaslı və cari təmir işlərinin dəyərlərinin artırılması hesabına podrat təşkilatlara artıq vəsaitlərin ödənildiyi aşkarlanıb.

İstintaq.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan başqa, məlumata görə, nəzarət tədbirləri zamanı həmçinin Bakı, Sumqayıt, Gəncə Apellyasiya Məhkəmələrində, Təhsil Nazirliyinin 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, Xaçmaz Rayon İcra Hakimiyyətinin Qusarçay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Oğuz Rayon İcra Hakimiyyətinin Muxas Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Tərtər Rayon İcra Hakimiyyətinin Kəngərli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunan artıq və əsassız ödənişlərin dövlət büdcəsinə bərpası və nöqsanlara yol verən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməklə cərimə olunması təmin edilib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 13.09.22 18:23