Elçin Sadıqovun məhkəməsi təxirə düşdü. » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Elçin Sadıqovun məhkəməsi təxirə düşdü.
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

İstintaq.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesə Elçin Sadıqov gətirilməyib.

Buna səbəb istintaq hərəkətləri ilə bağlı Elçin Sadıqov Baş Prokuroluğa aparılması olub.

Məhkəmə sabah keçiriləcək.

Qeyd edək ki, Elçin Sadıqov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Elçin Sadıqovun barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə ittiham elan edilib.

Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edib. O, 2022-ci ilin avqust ayında onun müdafiəçisi, Vəkillər Kollgiyasının üzvü Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov itithamları qəbul etmir.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            242 15.09.22 18:36