Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıblar. » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıblar.
Sentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən beş nəfər Pakistan vətəndaşı - 1985-ci il təvəllüdlü Ali Saccad, 1992-ci il təvəllüdlü Münəvvər Vasim, 1998-ci il təvəllüdlü Yusaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Xəbərə görə, saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycan Respublikasına gəldikləri müəyyənləşdirilib.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 19.09.22 18:56